Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq" "İstənilən oyuna bu istəklə çıxırıq. "Neftçi"yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik".
Futbol
1 Oktyabr , 2022 21:51
Kadi Borges: İstənilən oyuna bu istəklə çıxırıq

"İstənilən oyuna bu istəklə çıxırıq. "Neftçi"yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı hücumameylli yarmmüdafiəçi bildirib ki, birinci hissədə çatışmayan tək şey əldə etdikləri qol fürsətlərindən yararlana bilməməkləri olub: "Fasilədə baş məşqçi bizə təmkinli olmağımızı, topun qapıdan keçəcəyimizi dedi. Elə də oldu. İkinci hissədə də fürsətlər əldə etdik. Və bu dəfə onlardan istifadə edə bildik.

Vurduğu qolu övladına həsr edən braziliyalı vinger hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib: "Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm".

O, Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IIII tur qarşılaşmasına da toxunub: "Avropa turnirlərində səviyyə hər kəsə bəllidir. Yunanıstan təmsilçisi ilə oyun çətin olacaq. Əsas olan tezliklə həmin matça hazır olmağımızdır".

Son xəbərlər

Orphus sistemi