Mourinyo karantin vaxtı parkda məşq keçdi

Mourinyo karantin vaxtı parkda məşq keçdi İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq vaxtı diqqəti cəlb edib.
Futbol
8 Aprel , 2020 11:58
Mourinyo karantin vaxtı parkda məşq keçdi

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq vaxtı diqqəti cəlb edib.

“Report “ “Sky Sports”a istinadən xəbər verir ki, onlardan birinin yarımmüdafiəçi Tanqay Ndombele olduğu bəlli olub.

Eyni parkda London təmsilçisinin daha iki üzvü - yarımmüdafiəçi Rayan Sessenyon və müdafiəçi Davinson Sançes də məşq edib. Onlar Mourinyonun qrupundan ayrı çalışıblar.

İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdırlar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi