İtaliyalı hücumçu Messi, Ronaldu və Levandovskinin nailiyyətini təkrarlayıb

İtaliyalı hücumçu Messi, Ronaldu və Levandovskinin nailiyyətini təkrarlayıb İtaliyanın "Latsio" klubunun futbolçusu Çiro İmmobile yeni uğura imza atıb
Futbol
25 aprel 2022 05:05
İtaliyalı hücumçu Messi, Ronaldu və Levandovskinin nailiyyətini təkrarlayıb
Çiro İmmobile

İtaliyanın "Latsio" klubunun futbolçusu Çiro İmmobile yeni şəxsi uğura imza atıb.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu buna evdə "Milan"a 1:2 hesabı ilə uduzduqları A Seriyasının XXXIV tur oyununda nail olub.

Roma təmsilçisinin yeganə qolunu vuran forvard çempionatda 26-cı dəfə fərqlənib. Beləliklə, italiyalı oyunçu Avropanın top-5 liqasında son 6 ildə ən azı 3 mövsümdə 25-dən daha çox qol vuran 4-cü futbolçudur.

Daha əvvəl bu nailiyyətə Lionel Messi, Kriştianu Ronaldu və Robert Levandovski yiyələnib. İmmobile 2017/2018 mövsümündə A Seriyasında 29 qolla, 2019/2020 mövsümündə 36 qolla yadda qalıb.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 31 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi