İtaliya Kuboku: "Fiorentina" azlıqda qələbə qazanaraq yarımfinala çıxıb

Futbol
  • 10 fevral, 2022
  • 19:08
İtaliya Kuboku: Fiorentina azlıqda qələbə qazanaraq yarımfinala çıxıb

Futbol üzrə İtaliya Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, səfərdə "Atalanta"nı 3:2 hesabı ilə məğlub edən "Fiorentina" adını ən güclü 4 komanda arasına yazdırıb.

Oyunda ilk qolu qonaqlar vurublar. Kşiştof Pyontek 9-cu dəqiqədə penaltidən fərqlənib. Yarım saatın tamamında Davide Zappakosta tarazlığı bərpa edib. 56-cı dəqiqədə Jeremi Boqa hesabı Berqamo təmsilçisinin xeyrinə dəyişib. Lakin 71-ci dəqiqədə yenidən səhnəyə çıxan Pyontek hesabı bərabərləşdirib. 8 dəqiqə sonra "Fiorentina"nın heyətində Lukas Martines ikinci sarı vərəqəni görərək meydandan qovulub. Buna baxmayaraq, florensiyalılar görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qələbə topunu vurublar. Bu dəfə Nikola Milenkoviç adını tabloya yazdırıb.

Qeyd edək ki, "Fiorentina" yarımfinalda "Yuventus" - "Sassuolo" cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun digər oyununda isə "Milan" və "İnter" komandaları üz-üzə gələcəklər.

44 filmi