İqor Ponomaryov: "Kəpəz"ə məğlubiyyətdən nəticə çıxarmaq lazımdır"

İqor Ponomaryov: "Kəpəz"ə məğlubiyyətdən nəticə çıxarmaq lazımdır" "Təəssüf ki, matçı izləyə bilmədim. Sadəcə, nəticəsini öyrəndim".
Futbol
26 Yanvar , 2021 13:48
İqor Ponomaryov: Kəpəzə məğlubiyyətdən nəticə çıxarmaq lazımdır
İqor Ponomaryov

"Təəssüf ki, matçı izləyə bilmədim. Sadəcə, nəticəsini öyrəndim".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov komandanın Azərbaycan Kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi "Kəpəz"ə evdə 1:2 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.

Veteran futbolçu görüşün nəticəsinin məyusedici olduğunu bildirib: "Komandanın məğlubiyyətinin səbəbləri barədə danışa bilmərəm. Bu oyun artıq geridə qaldı. Nəticə çıxarmaq və irəliyə baxmaq lazımdır".

Ponomaryov klubda hər hansı dəyişikliyin vacibliyi barədə danışmağın tutduğu vəzifə baxımından etik olmadığını vurğulayıb: "Hər gün komanda ilə işləyən insanlar var. Düşünürəm ki, bunu onlardan soruşmaq lazımdır".

Qeyd edək ki, "Sabah"ı mübarizədən kənarlaşdıran "Kəpəz" 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi