İqita: “Bərabərlik qolundan sonra Azərbaycan millisi oyundan qopdu”
Futbol
- 12 oktyabr, 2023
- 13:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bərabərlik qolundan sonra Azərbaycan millisi oyundan qopdu”.
“Report” xəbər verir ki, bunu Qazaxıstan yığmasının futzalçısı İqita Azərbaycana 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunu barədə danışarkən deyib.
Təcrübəli qapıçı ikinci hissəni daha yaxşı keçirdiklərini bildirib: “Qəribə oyun oldu. Rəqib əla idi, startda yaxşı çıxış etdi. Ancaq getdikcə tempdən düşdülər, bizə motivasiya verdilər və daha yaxşı olduğumuzu göstərdilər. İkinci hissədə çox qol vurmaq istəyirdik. Bizim üçün ən vacibi 3 xal qazanmaq idi. Hədəfə yaxınlaşırıq, tezliklə Daşkənddə olacağıq”.
Qeyd edək ki, hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.
Son xəbərlər
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi