IOC FIFA-nın dünya çempionatı ilə bağlı ideyasını tənqid edib

IOC FIFA-nın dünya çempionatı ilə bağlı ideyasını tənqid edib Beynəlxalq Olimpiya Komitəsi (IOC) FIFA-nın dünya çempionatlarını 2 ildən bir keçirməklə bağlı ideyasını tənqid edib.
Futbol
4 Fevral , 2022 13:21
IOC FIFA-nın dünya çempionatı ilə bağlı ideyasını tənqid edib

Beynəlxalq Olimpiya Komitəsi (IOC) FIFA-nın dünya çempionatlarını 2 ildən bir keçirməklə bağlı ideyasını tənqid edib.

"Report" xəbər verir ki, IOC-un mövqeyi qurumun 139-cu Sessiyasında açıqlanıb.

Mütəxəssislər bildirib ki, qərar idmançıların səhhətinə mənfi təsir göstərməklə yanaşı, digər assosiasiyaların sabitliyinə də xələl gətirəcək.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç də ali futbol qurumunun təklifinə qarşı çıxıb.

Qeyd edək ki, dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası təklif edib. Bunu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.

1930-cu ildən keçirilməyə başlayan mundial II Dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunub. Qarşıdakı dünya çempionatları Qətərdə (2022), Kanada, Meksika, ABŞ-da (2026) olacaq.

Son xəbərlər

Orphus sistemi