“İnter” İtaliya Kubokunun qalibi olub

“İnter” İtaliya Kubokunun qalibi olub "İnter" İtaliya Kubokunun finalında "Fiorentina"nı məğlub edib.
Futbol
25 May , 2023 01:39
“İnter” İtaliya Kubokunun qalibi olub

"İnter" İtaliya Kubokunun finalında "Fiorentina"nı məğlub edib.

“Report” xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən görüş 2:1 hesabı ilə Simon İnzaqinin yetirmələrinin xeyrinə başa çatıb.

Florensiyalılar Nikolas Qonzalesin qolundan sonra artıq üçüncü dəqiqədə önə keçiblər. Lakin ilk hissə bitməmiş, Lautaro Martinezin dubl edib.

"İnter" 2021/22 mövsümündə də İtaliya Kubokunun qalibi olub və beləliklə, turnirin ən yaxşı klubu adını qoruya bilib. Bu, onun doqquzuncu kubokudur.

"İnter" 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.

"İnter" A Seriyasında 36 turdan sonra 66 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” 86 xalla liderdir və artıq liqa çempionluğunu təmin edib, ikinci yerdə isə 68 xalla “Latsio” gəlir.

Son xəbərlər

Orphus sistemi