"İnter" - "Barselona" matçı zamanı azarkeş infarkt keçirib
Futbol
- 08 may, 2025
- 11:54
UEFA Çempionlar Liqasının "İnter"lə "Barselona" arasında keçirilən yarımfinal mərhələsinin cavab matçı (4:3) zamanı azarkeşlərdən biri infarkt keçirib.
"Report"un “İl Fatto Quotidiano”ya istinadən məlumatına görə, hadisə görüşün bitməsinə 15 dəqiqə qalmış baş verib.
Təxminən 40 yaşlarında olan şəxs stadiondan çıxarkən huşunu itirib. Həkimlər dörd defibrilator şoku və kardiopulmoner reanimasiya tətbiq etdikdən sonra onun ürək ritmi bərpa olunub və xəstəxanaya aparılıb.
Həkimlər infarkt keçirən şəxsdə aşkar risk faktorları olmadığını, bunun ağır emosional stressdən qaynaqla biləcəyini açıqlayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalında "İnter" PSJ ilə üz-üzə gələcək. Qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.
Son xəbərlər
16:57
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Hadisə16:47
Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir
Digər ölkələr16:44
Azərbaycan və ABŞ kibertəhlükəsizlik istiqamətində birgə fəaliyyəti müzakirə edib
İKT16:44
Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub
Region16:33
Foto
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı olub
Energetika16:31
Foto
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
Mədəniyyət siyasəti16:31
Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
Maliyyə16:27
IATA-nın baş direktoru: "SAF istehsalı geriləyir, aviaşirkətlər planlarını yenidən nəzərdən keçirəcək"
İnfrastruktur16:21