İngiltərədə qalib müəyyənləşməyib, "Marsel" səfərdə uduzub
- 28 aprel, 2022
- 20:56
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Fransa "Marsel"i Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 18-ci dəqiqədə Amsterdam təmsilçisindən Siril Dessers açıb. 20-ci dəqiqədə Luis Sinisterra fərqi 2 topa çatdırıb. 8 dəqiqə sonra qonaqlardan Bamba Dyenq buraxılan qollardan birinin əvəzini çıxıb. 40-cı dəqiqədə Jerson Santos hesabı bərabərləşdirib. 46-cı dəqiqədə fərqlənən Dessers özünün 2-ci, komandasının isə qələbə qolunu vurub.
Gecənin digər matçında İtaliya "Roma"sı İngiltərədə "Lester"in qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib. "Canavarlar"ın heyətində Lorentso Pelleqrininin 15-ci dəqiqədə vurduğu qola "tülkülər" 67-ci dəqiqədə Ademalo Lukmanla cavab veriblər.
UEFA Konfrans Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
23:00. "Feyenoord" (Niderland) - "Marsel" (Fransa) - 3:2
Qollar: Siril Dessers, 18; 46 Luis Sinisterra, 20 - Bamba Dyenq, 28. Jerson Santos, 40
Baş hakim: Maykl Oliver (İngiltərə)
23:00. "Lester" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1
Qollar: Ademalo Lukman, 67 - Lorentso Pelleqrini, 15
Baş hakim: Karlos del Serro (İspaniya)
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.