İngiltərədə futbolçulara saxta peyvənd sertifikatları təklif edilir

İngiltərədə futbolçulara saxta peyvənd sertifikatları təklif edilir İngiltərə Premyer Liqasında çıxış edən futbolçulara kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif edilir.
Futbol
26 Oktyabr , 2021 09:08
İngiltərədə futbolçulara saxta peyvənd sertifikatları təklif edilir

İngiltərə Premyer Liqasında çıxış edən futbolçulara kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif edilir.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 4 klub fırıldaqçıların 1,86 milyon avro müqabilində oyunçularla əlaqə saxladığını təsdiqləyib.

İdmançıların bunu qəbul edib-etmədiyi hələlik bəlli deyil. Bir sıra klub rəsmiləri futbolçuların onları məsələ ilə bağlı məlumatlandırdığını söyləyib.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən həftə oyunçuların 68 faizinin tam peyvənd olunduğunu, 81 faizinin isə birinci dozanı qəbul etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi