Məşhur "Goal" potalı XXI əsrdə İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçilərinin reytinqini tərtib edib.
"Report" xəbər verir ki, siyahıya Aleks Ferqyuson (“Mançester Yunayted”) başçılıq edir.
"Mançester Siti"in baş məşqçisi Xosep Qvardiola ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger qapayır.
Qeyd edək ki, portalın açıqladığı ilk "15-lik"də həmçinin Joze Mourinyo ("Çelsi", "Mançester Yunayted", "Tottenhem"), Yurgen Klopp ("Liverpul"), Karlo Ançelotti ("Çelsi", "Everton"), Roberto Mançini ("Mançester Siti"), Antonio Konte ("Çelsi", "Tottenhem"), Manuel Pelleqrini ("Mançester Siti", "Vest Hem"), Klaudio Ranyeri ("Çelsi", "Lester", "Fulhem"), Rafael Benites ("Liverpul", "Çelsi", "Nyukasl", "Everton"), Mauritsio Poçettino ("Sauthempton", "Tottenhem", "Çelsi"), Mikel Arteta ("Arsenal"), Devid Moyes ("Everton", "Mançester Yunayted", "Vest Hem") və Jerar Ulye ("Liverpul") yer alıb.