İngiltərə Premyer Liqası: “Tottenhem” məğlub olaraq “Siti”yə çatmaq fürsətini buraxıb, “Nyukasl” darmadağın edilib

Futbol
  • 07 dekabr, 2023
  • 21:58
İngiltərə Premyer Liqası: “Tottenhem” məğlub olaraq “Siti”yə çatmaq fürsətini buraxıb, “Nyukasl” darmadağın edilib

İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində Londonda “Tottenhem” eyni şəhərin komandası “Vest Hem”i, Liverpulda isə “Everton” “Nyukasl”ı qəbul edib.

“Report” xəbər verir ki, London derbisi qonaqların əzmkar qələbəsi, Liverpuldakı matç isə “sağsağanlar”ın darmadağın olunması ilə yadda qalıb.

“Tottenhem” – “Vest Hem” matçında hesabı ev sahibləri açıb: 11-ci dəqiqədə argentinalı Kristian Romero fərqlənib. Birinci hissə “Tottenhem”in üstünlüyü ilə bitsə də, ikinci hissədə “çəkicdöyənlər” əzmkarlıq nümayiş etdiriblər. Belə ki, 52-ci dəqiqəd Carrod Bouen hesabı bərabərləşdirib. 22 dəqiqə sonra Ceyms Praus komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 1:2.

Liverpuldakı matç isə “Everton”un matçın sonlarında vurduğu qollarla yadda qalıb. Qollar 79, 86 və 96 dəqiqələrə təsadüf edib. Ev sahibinin heyətində Duayt Maknil, Martin Dubravka və Betu fərqləniblər. Oyun 3:0 Mersisayd təmsilçisinin xeyrinə başa çatıb.

“Tottenhem” (27 xal) məğlub olmaqla turnir cədvəlində “Mançester Siti”yə çatmaq fürsətini dəyərləndirə bilməyib. “Nyukasl” (26 xal) isə 5-ci pilləyə yüksəlmək şansını itirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinin vahid lideri London “Arsenal”ıdır (36 xal). Onun ən yaxın təqibçisi isə “Liverpul”dur. “Qırmızılar”ı birinci pillədən cəmi 2 xal ayırır.