İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib.
Futbol
21 Oktyabr , 2024 17:34
İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib.

"Report" xəbər verir ki, məşhur "GiveMeSport" portalı tərtib etdiyi siyahıda ilk pilləyə "Çelsi"nin və İngiltərə yığmasının sabiq müdafiəçisi Con Terrini layiq görüb.

"Mançester Yunyted" və İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi Rio Ferdinand ikinci, niderlandlı futbolçu Vircil van Dayk ("Liverpul") isə üçüncü pillədə qərarlaşıb.

Nəşrin açıqlamasına görə, seçim aparılarkən əsas meyar kimi futbolçunun komanda üçün əhəmiyyətinə, qazanılan titullara, qol baxımından fəaliyyətinə, yüksək səviyyədə çıxış müddətinə və "quru" oyunların sayına diqqət yetirilib.

Qeyd edək ki, "Transfermarkt" portalına görə hazırda İngiltərə Premyer Liqasında Vilyam Saliba ("Arsenal") və Ruben Diaş ("Mançester Siti") ən bahalı müdafiəçilərdir. Hər iki milli üzvü 80 milyon avro dəyərində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi