İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Nyukasl” “Mançester Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
İlk "dördlük" uğrunda mübarizə aparan komandalar birinci hissədə heç-heçəyə razılaşıblar. 55-ci dəqiqədə isə “sağsağanlar”ın qələbə qolunu Entoni Qordon vurub.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 24 xal olan “qırmızı şeytanlar” turnir cədvəlində 7-ci pilləyə yuvarlanıb. Bu, Erik ten Haqın yetirmələrinin 6-cı yenilgisidir. “Nyukasl” isə 26 xalla 6-cı pilləyə yüksəlib.
Turnir cədvəlinə 33 xalla “Arsenal” başçılıq edir. Lideri ehtiyatında bir oyunu olan “Mançester Siti” (29 xal), “Liverpul” (28 xal) və “Aston Villa” (28 xal) təqib edir.