İngiltərə millisinin futbolçusu həbs edilib
Futbol
- 09 dekabr, 2025
- 14:01
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun və İngiltərə milli komandasının hücumçusu Ayvan Touni Londondakı barda bir nəfərin başına zərbə vurmaqda şübhəli bilinərək həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Sun" qəzeti məlumat yayıb .
Mənbənin sözlərinə görə, hadisə zərərçəkənin Touni ilə şəkil çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib.
Həmin şəxs daha sonra burnunun sınması ilə bağlı həkimə müraciət edib. Hadisədən sonra polis futbolçunu əlləri qandallı şəkildə bardan çıxarıb.
Qeyd edək ki, 29 yaşlı Touni 2024-cü ilin avqustunda "Əl Əhli"yə keçib. O, daha əvvəl bir neçə İngiltərə klubunda, ən son isə "Brentford"da çıxış edib. Forvard İngiltərə millisində 7 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Son xəbərlər
04:06
NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək
Digər ölkələr03:43
Kim Çen İn ictimai mərasimdə baş nazirin müavinini vəzifəsindən azad edib
Digər ölkələr03:11
Türkiyədə qar uçqunu nəticəsində bir nəfər ölüb
Region02:46
Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq
Digər ölkələr02:04
Miçiqanda 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
Digər ölkələr01:43
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Elm və təhsil01:17
Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib
Region01:09
Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib
İnfrastruktur00:51