İngiltərə millisinin hücumçusu mərc oyunlarına görə futboldan kənarlaşdırılıb
Futbol
- 17 may, 2023
- 16:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə millisinin və "Brentford"un hücumçusu Ayvan Toni futboldan kənarlaşdırılıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimələnib.
Toni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib.
Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.
Qeyd edək ki, Ayvan Toni bu mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
21:29
Foto
Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu keçirilib
Elm və təhsil
21:18
GTA 6-nın satışından ilk həftədə 4,7 milyard dollar gəlir əldə olunub
Digər ölkələr
20:53
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
Futbol
20:52
Foto
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir
Xarici siyasət
20:40
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
Digər ölkələr
20:38
Foto
Qubada "Cyber Camp" düşərgəsinə start verilib
Daxili siyasət
20:25
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Digər ölkələr
20:19
İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib
Futbol
20:19
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb
Region