İngiltərə Kuboku: "Mançester Yunayted" "Arsenal"ı məğlub edib

İngiltərə Kuboku: "Mançester Yunayted" "Arsenal"ı məğlub edib "Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib.
Futbol
12 Yanvar , 2025 22:51
İngiltərə Kuboku: Mançester Yunayted Arsenalı məğlub edib

"Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib.

"Report"un məlumatına görə, qarşılaşma Londonda baş tutub.

Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Qabriel (63-cü dəqiqə), "Mançester Yunayted"in heyətində Bruno Fernandes (52) fərqlənib. Penaltilər seriyasında “Mançester Yunayted”in futbolçuları daha dəqiq olublar - 5:3.

61-ci dəqiqədə qonaqların müdafiəçisi Dioqo Dalot ikinci sarı vərəqə alaraq meydandan qovulub. 72-ci dəqiqədə “Mançester Yunayted”in qapıçısı Altay Bayındır “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqorun penalti zərbəsini dəf edib.

"Mançester Yunayted"in 4-cü mərhələdəki rəqibi püşkatma ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi