İngiltərə millisinin sabiq futbolçularının adları Premyer Liqanın Şöhrət Zalına daxil edilib
Futbol
- 22 aprel, 2024
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə millisinin sabiq futbolçuları Con Terri və Endi Koulun adları Premyer Liqanın Şöhrət Zalına daxil edilib.
“Report” xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Endi Koul İngiltərə çempionatında meydana çıxdığı 415 oyunda 187 qol vurub, 69 assistlə yadda qalıb. O, karyerası ərzində “Mançester Yunayted”, “Nyukasl”, “Blekbern”, “Mançester Siti” və “Sanderlend” klublarının şərəfini qoruyub.
Con Terri isə 492 oyunda rəqib qapılarına 41 dəfə yol tapıb, 16 qola məhsuldar ötürmə verib. Müdafiəçi karyerası ərzində "Çelsi" və "Aston Villa" kollektivlərində çıxış edib.
Qeyd edək ki, hər iki futbolçu 5 dəfə İngiltərə çempionu olublar.
Son xəbərlər
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib
Digər ölkələr
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region
00:42
Xameneinin yeri təhlükəsizliklə bağlı gizli saxlanılır
Region
00:30
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
00:19
Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb
Digər ölkələr
00:00
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Digər ölkələr
23:34
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Region
23:30
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
Region
23:22
Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür
Region