İllik 7 milyon avro qazanan futbolçu məşqə köhnə avtomobillə gedir

İllik 7 milyon avro qazanan futbolçu məşqə köhnə avtomobillə gedir İtaliya "İnter"inin futbolçusu Arturo Vidal komandasının məşqinə 1990-cı illərə aid avtomobillə gedir.
Futbol
31 Oktyabr , 2021 13:36
İllik 7 milyon avro qazanan futbolçu məşqə köhnə avtomobillə gedir

İtaliya "İnter"inin futbolçusu Arturo Vidal komandasının məşqinə 1990-cı illərə aid avtomobillə gedir.

"Report"un məlumatına görə, çilili yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Milan təmsilçisində illik 7 milyon avro qazanan 34 yaşlı oyunçunun maşının dəyəri təqribən 2 min avrodur. Ona görə də Vidalın bu addımı maraqla qarşılanıb.

Qeyd edək ki, futbolçu dəyəri 250 min avro və 400 min avro olan iki avtomobilə də sahibdir.

Son xəbərlər

Orphus sistemi