İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyib - YENİLƏNİB

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyib - YENİLƏNİB Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.
Futbol
16 İyun , 2021 23:00
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyib - YENİLƏNİB
0 : 00
0 : 00

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

20:04

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.

"Report"un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi