"İnter" klubu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirib

"İnter" klubu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirib "Tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür”
Futbol
14 Avqust , 2017 14:20
İnter klubu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirib

Bakı. 14 avqust. REPORT.AZ/ “Rauf Əliyevin “İnter”lə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Son bir il ərzində iki tərəf arasındakı hüquqi münasibətlər hansı müqavilə ilə tənzimlənibsə, əsas odur. Futbolçuya sual vermək lazımdır ki, indiyədək əlində olan sövdələşmədəki məbləği alıb? Bizdə hər şey şəffafdır. Ona ödənilən əmək haqlarının qəbzləri var”. 

Bunu “Report”a Bakının “İnter” klubunun icraçı direktoru Rəmiş Malıyev futbolçu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirərkən deyib.

O, bildirib ki, 28 yaşlı hücumçu “İnter”in razılığı olmadan Albaniyanın “Kukesi” klubuna keçə bilməz. R.Malıyevin sözlərinə görə, tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür: “İndiyə qədər Əliyevlə münasibətlər onun təqdim etdiyi deyil, bizdə olan müqavilə ilə tənzimlənib. İndi özünə bu cür sərf edir deyə, bu varianta əl atır. Bu, hüquqi məsələdir. Kimsə ağıllı ola bilər, lakin biz də axmaq deyilik. Rauf bugünə qədər hansı müqaviəni qəbul edibsə, onu əsas götürmək lazımdır. Axı o, əlindəki müqaviləyə uyğun pul almayıb. Müqaviləsi həqiqətən bitibsə, bizdən niyə sənəd istəyir? Məgər Səlahət Ağayev bizdən sənəd istədi? Biz bu məsələdə axıra kimi - FİFA-ya qədər gedəcəyik. Yəni tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür”.

Qeyd edək ki, Rauf Əliyev 2015-ci ilin yayında “Neftçi”dən “İnter”ə keçib. O, “İnter”lə anlaşma müddətinin 30.06.2017-ci il tarixində bitdiyini əsas gətirərək, “Kukesi” ilə müqavilə bağlamaq üçün Albaniyaya yollanıb. “İnter” isə hücumçunun klubla 2018-ci ilin iyununadək müqaviləsinin olduğunu bildirir.  

Son xəbərlər

Orphus sistemi