İngiltərə​ çempionu olan klubun sahibi kazinoda 3,2 milyon avro udub

İngiltərə​ çempionu olan klubun sahibi kazinoda 3,2 milyon avro udub 132 illik klub tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olan "Lester"in sahibinin 3,1 milyard dollar pulu var
Futbol
7 May , 2016 15:22
İngiltərə​ çempionu olan klubun sahibi kazinoda 3,2 milyon avro udub

Bakı. 7 may. REPORT.AZ/ İngiltərənin "Lester" klubunun sahibi Viçay Şrivaddxanaprabx yerli kazinoların birində təxminən 3,2 milyon avro udub. 

"Report"un məlumatına görə, bu barədə məşhur "The Sun" nəşri yazıb.

132 illik klub tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olan "Lester"in sahibinin 3,1 milyard dollar pulu var. 

Qeyd edək ki, "Lester" klubu Premyer Liqada çempionluğu təmin edib. Bu münasibətlə klub sahibi komandanın hər bir üzvünə "Mercedes" markalı avtomobil alacağını və onların Las Veqasda tam istirahət xərclərini qarşılayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi