Azərbaycan Fransaya 3 top vuraraq evə göndərir

Azərbaycan Fransaya 3 top vuraraq evə göndərir Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri sona yaxınlaşmaq üzrədir.
Futbol
5 may 2023 08:44
Azərbaycan Fransaya 3 top vuraraq evə göndərir

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri sona yaxınlaşmaq üzrədir.

“Report”un məlumatına görə, yarışda uğurla çıxış edən son Avropa çempionatının qalibi Azərbaycan millisi qələbələri ilə azarkeşləri sevindirməkdə davam edir.

Qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə heç-heçə edən təmsilçimiz, İtaliya və Gürcüstan komandalarına qalib gələrək pley-offa vəsiqə qazanıb. Bu mərhələdə millimiz Fransa yığması ilə qarşılaşıb və 3:2 hesabı ilə əzmkar qələbə əldə edib.

Yarımfinala adlayan komandamız bu gün saat 20:00-da yenidən Serbiya yığması ilə qarşılaşacaq.

Azarkeşləri millini dəstəkləməyə çağırırıq.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçirilir. Final oyunu mayın 6-da olacaq.

Son xəbərlər

Orphus sistemi