Hələbdə şəhər azad olunduqdan sonra ilk rəsmi oyun keçirilib

Futbol
  • 27 aprel, 2017
  • 06:49
Hələbdə şəhər azad olunduqdan sonra ilk rəsmi oyun keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Suriyanın Hələb şəhərində azad olunduqdan sonra ilk dəfə rəsmi matç keçirilib. "Report"un məlumatına görə, futbol üzrə ölkə çempionatının oyununda "Əl-İttihad"la "Əl-Caiş" üz-üzə gəlib.

Görüşdə qalib müəyyənləşməyib - 0:0. Təhlükəsizliyi Rusiyanın hərbi polis batalyonu təmin edib. Oyun Suriya telekanalı vasitəsilə canlı yayımlanıb.