Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək İlk oyun günündə iki qarşılaşma keçiriləcək
Futbol
7 Aprel , 2018 07:05
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun ilk matçı Gəncədə baş tutacaq. "Kəpəz” doğma azarkeşlər önündə "Keşlə” ilə üz-üzə gələcək. Bu görüş autsayderlərin yubiley oyunu olacaq. Komandalar 30-cu dəfə qarşılaşacaq. Paytaxt təmsilçisi son 5 səfər matçında 1 dəfə qələbəyə sevinib. Bu komandalar arasında keçirilən hər üç qarşılaşmada qonaqlar meydanı qolsuz tərk etməyib.

Günün digər oyununda isə "Qarabağ” "Səbail”i qəbul edəcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç oyununda "Qarabağ” qələbə qazanıb. "Səbail” isə bu matçlarda qol vura bilməyib.

Qeyd edək ki, turun digər matçları aprelin 8-i baş tutacaq. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə”ylə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.

7 aprel (şənbə)

"Kəpəz” – "Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu, 15:00

"Qarabağ” – "Səbail”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

"Azersun Arena”, 17:30

Son xəbərlər

Orphus sistemi