Bakı. 7 İyun. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan yığması səfərdə Serbiya millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirib.
“Report” xəbər verir ki, Avropa Çempionatı – 2016-nın seçmə mərhələsi çərçivəsində Norveç millisi ilə oyuna hazırlıq xarakteri daşıyan matçda qalib gələn tərəf ev sahibləri olub – 4:1.
Beynəlxalq yoldaşlıq görüşü
Serbiya – Azərbaycan – 4:1
Qollar: Branislav İvanoviç, 10 (1:0), Dmitri Nazarov, 39 (1:1), Adem Lyayiç, 55 (2:1), Branislav İvanoviç, 63 (3:1), Lazar Markoviç, 89 (4:1).