Futbol üzrə Azərbaycan Kubokunun medalçılarının mükafatlandırma mərasimi keçirilib - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun medalçılarının mükafatlandırma mərasimi keçirilib - VİDEO Qəbələ. 28 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.
Futbol
28 May , 2018 22:18
Futbol üzrə Azərbaycan Kubokunun medalçılarının mükafatlandırma mərasimi keçirilib - VİDEO

Qəbələ. 28 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

Hakimlər briqadasına mükafatlar təqdim olunduqdan sonra "Qəbələ" Azərbaycan Premyer Liqasında olduğu kimi, gümüş medalla təltif olunub. Ardından kubokun sahibi "Keşlə" komandasının üzvlər qızıl medallara və baş mükafata qovuşublar.

Kuboku kapitan Kamran Ağayev başı üzərinə qaldırıb.

Son xəbərlər

Orphus sistemi