Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda çempion müəyyənləşib.
“Report”un məlumatına görə, “Xəzər” komandası mövsümün başa çatmasına bir tur qalmış qızıl medalları təmin edib.
Bu, debütantın XXVI turda evdə “Zaqatala”nı 3:2 hesabı ilə məğlub etməsi, liderin ən yaxın izləyicisi “Qaradağ Lökbatan”ın isə səfərdə "Turan Tovuz"a 1:2 hesabıyla uduzmasından sonra reallaşıb.
Qələbə sayəsində xalını 50-yə çatdıran “Xəzər” 46 xala malik “Qaradağ Lökbatan” üçün əlçatmaz olub.
Qeyd edək ki, reqlamentə əsasən, “Xəzər” Premyer Liqada sonuncu yeri tutan “Kəpəz”i əvəzləməlidir.