Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib

Futbol
  • 27 dekabr, 2016
  • 12:49
Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib.

"Report"un məlumatına görə, hakimlər yanvarın 11-də Türkiyənin Antalya bölgəsinə üz tutacaq.

Toplanış ayın 25-dək davam edəcək. Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup Antalyadakı "Miracle" oteldə məskunlaşacaq. Toplanış müddətində hakimlərin müxtəlif oyunların idarə etməsi nəzərdə tutulub.

Hazırlıq prosesinə 30 hakim cəlb olunacaq.

44 filmi