Fransalı azarkeşlərə görə təxirə salınan "Marsel" - "Lion" oyununun tarixi açıqlanıb

Futbol
  • 02 noyabr, 2023
  • 13:30
Fransalı azarkeşlərə görə təxirə salınan Marsel - Lion oyununun tarixi açıqlanıb

Fransa Liqa 1-in X turundan təxirə salınan "Marsel" - "Lion" oyununun tarixi bəlli olub.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 29-da keçirilməli olan görüş "Marsel" azarkeşlərinin "Lion"un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Qonaqların baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb.

44 - Tezliklə