Fransada referini döyən futbolçu və anasına sərt cəza verilib

Fransada referini döyən futbolçu və anasına sərt cəza verilib Fransada həvəskar futbolçular arasında U-17 liqasının oyununda baş hakimə hücum çəkən ana və oğluna hökm oxunub.
Futbol
24 İyun , 2022 16:32
Fransada referini döyən futbolçu və anasına sərt cəza verilib

Fransada həvəskar futbolçular arasında U-17 liqasının oyununda baş hakimə hücum çəkən ana və oğluna hökm oxunub.

"Report"un məlumatına görə, məhkəmə 18 yaşlı referiyə ağır xəsarətlər yetirən futbolçuun 1 il müddətinə idmanla məşğul olmasına qadağa qoyulub. Valideynə isə 3 aylıq şərti həbs cəzası verilib.

Hadisə oyunçunun qırmızı vərəqə ilə cəzalandırılmasından sonra baş verib. Meydançaya daxil olan ana baş hakimə şillə vurub. Oğlu isə referini yerə yıxaraq, onu təpiklə vurmağa başlayıb. Digər şəxslərin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Məhkəmənin qərarı ilə gənc referiyə 500 avro təzminat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi