Fransa liqası: PSJ Messi kənarlaşdırılandan sonra ilk matçda “Ayaçço”nu darmadağın edib
Futbol
- 13 may, 2023
- 21:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Liqa 1-nin 35-ci turunda PSJ öz meydanında “Ayaçço”nu qəbul edib.
“Report” xəbər verir ki, qarşılaşma ev sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.
Paytaxt təmsilçisinin heyətində qolları Fabian Ruis, Əşrəf Həkimi və dubl fərqlənən Kilian Mbappe vurub. Daha bir qolu isə qonaqlar öz qapılarına vurublar.
Qeyd edək ki, PSJ azarkeşləri məşqlərdən ikihəftəlik uzaqlaşdırıldıqdan sonra ilk matçına çıxan Messini fitə basıblar.
PSJ 81 xalla Fransa liqasında liderliyini davam etdirir və ikinci yerdə olan “Lans”ı 6 xal qabaqlayır. “Ayaçço” 23 xalla 18-ci yerdədir. Növbəti turda PSJ “Oser”, “Ayaçço” isə “Renn”lə qarşılaşacaq.
Son xəbərlər
16:29
Foto
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
Hadisə
16:21
Göyçayda evlərdən 24 min manat oğurlanıb
Hadisə
16:12
Foto
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
İnfrastruktur
16:11
Rumıniyanın Baş naziri Rusiyanı azərbaycanlıların olduğu gəmiyə hücumunu pisləyib
Digər ölkələr
16:06
Foto
Almaniya səfiri Sumqayıt Sənaye Parkında olub
Sənaye
16:04
PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır
Futbol
15:59
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
Digər
15:54
Paşinyanın demokratiyadan sui-istifadəsi – imzalanması gecikən sülh sazişi
Analitika
15:51
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Ekologiya