"Formula 1": 2023 mövsümündə ən yaxşı ötmələrdən biri Bakıda olub

"Formula 1": 2023 mövsümündə ən yaxşı ötmələrdən biri Bakıda olub "Formula 1" 2023 mövsümündə ən yaxşı ötmə əməliyyatını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
Futbol
12 dekabr 2023 11:55
Formula 1: 2023 mövsümündə ən yaxşı ötmələrdən biri Bakıda olub

"Formula 1" 2023 mövsümündə ən yaxşı ötmə əməliyyatını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

"Report" yarışın rəsmi "X" hesabına istinadən xəbər verir ki, 5 pilot namizədlər sırasında yer alıb.

"Aston Martin" pilotu Fernando Alonsonun 3, "Ferrari"dən Şarl Leklerin 2, "Red Bull"dan Serxio Peres, "Haas"dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötməsi siyahıda göstərilib.

Alonsonun Azərbaycan Qran-prisində "Ferrari"dən Karlos Saynsı keçməsi də namizədlərdən biridir.

Qeyd edək ki, başa çatan mövsümdə "Red Bull"dan Maks Ferstappen qalib olub. Bakıdakı yarış aprelin 28-30-da gerçəkləşmişdi.

Son xəbərlər

Orphus sistemi