Filip Ozobiç: Miodraq Bojoviçlə daha yaxşı nəticələr qazanacağıq

Filip Ozobiç: Miodraq Bojoviçlə daha yaxşı nəticələr qazanacağıq "Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq".
Futbol
22 fevral 2024 10:28
Filip Ozobiç: Miodraq Bojoviçlə daha yaxşı nəticələr qazanacağıq
Filip Ozobiç

"Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç baş məşqçiləri Miodraq Bojoviç barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokundakı şanslardan söz açıb: "Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdır. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündür".

Azərbaycan millisinin üzvü daha əvvəl oynadığı klublarda özünü tam göstərməyə çalışdığını vurğulayıb: "Azarkeşləri sevindirmək istəyirik. Mən, oyunçular və baş məşqçimiz əlimizdən gələni edəcəyik".

"Neftçi"nin futbolçusu Bakıda Rusiyanın "Spartak" komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı da danışıb: "Onlarla üz-üzə gəlmək xoşdur. Gənc yaşda Moskva təmsilçisində çıxış etmişəm. Bu klub həmişə mənim həyatımda qalacaq".

Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında "Qarabağ"dan "Neftçi"yə keçib.

Son xəbərlər

Orphus sistemi