FIFA Paraqvayın "Olimpiya" klubunu cəzalandırıb.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna Asunyon təmsilçisinin Ukraynanın "Dinamo" (Kiyev) klubuna 5.5 milyon avro borcu ödəməməsi səbəb olub.
Nəticədə "Olimpiya"ya transfer qadağası qoyulub. Bu qərar yuxarıda göstərilən məğləğ kiyevlilərin hesabına köçürülənək qüvvədə qalacaq. Əks halda, Paraqvay təmsilçisiniə yeni sanksiyalar tətbiq olunacaq və klubun xalları silinəcək.
Qeyd edək ki, "Olimpiya" Derlis Qonsalesi transfer edərkən "Dinamo"ya 5,5 milyon avro borcu qalıb. Paraqvay klubu maliyyə problemləri səbəbindən həmin məbləği ödəyə bilmir. Daha əvvəl paytaxt təmsilçisinin maliyyə məsləhətçilərindən biri bildirib ki, borcların bağlanması üçün ən azı 8-9 il vaxt lazımdır.