FIFA Braziliya millisinə texniki məğlubiyyət verəcək

FIFA Braziliya millisinə texniki məğlubiyyət verəcək FIFA Braziliya millisini texniki məğlubiyyətlə cəzalandıracaq.
Futbol
16 Noyabr , 2021 22:11
FIFA Braziliya millisinə texniki məğlubiyyət verəcək

FIFA Braziliya millisini texniki məğlubiyyətlə cəzalandıracaq.

"Report"un "TNT Sports"a istinadən məlumatına görə, buna səbəb yığmanın sentyabrda evdə Argentinaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı baş vermiş hadisədir.

Sözügedən qarşılaşma start fitindən cəmi 4 dəqiqə sonra yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Argentina yığmasının heyətində koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.

Qeyd edək ki, iki komanda arasında növbəti matç noyabrın 17-də Argentinada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi