FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

Futbol
  • 13 iyun, 2018
  • 08:14
FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

Bakı. 13 iyun. REPORT.AZ/ FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.  

"Report"un "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çoxdur. 

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. 

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi. 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti