Türkiyəli mütəxəssis üçüncü dəfə "Fənərbağça"nın baş məşqçisi olacaq

Futbol
  • 26 iyun, 2023
  • 12:16
Türkiyəli mütəxəssis üçüncü dəfə Fənərbağçanın baş məşqçisi olacaq

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi dəqiqləşib.

"Report" "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İsmail Kartala tapşırılıb.

Təyinat iyulun 1-dək rəsmi olaraq açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İsmail Kartal 2014/2015 mövsümündə və 2022-ci ildə komandanın sükanı arxasında olub.