Federasiya rəsmisi: "Azərbaycan millisindən revanş almaq üçün yaxşı şansımız var"

Futbol
  • 14 fevral, 2023
  • 16:12
Federasiya rəsmisi: Azərbaycan millisindən revanş almaq üçün yaxşı şansımız var

"Çox vacib oyuna çıxacağıq. Qrupda ilk pillə təhlükə altındadır. Bakıdakı matçda 3:4 hesabı ilə uduzmuşduq. Revanş üçün yaxşı şansımız var".

"Report"un məlumatına görə, bunu Polşa Futbol Assosiasiyasının vitse-prezidenti Matsey Matenko futzal üzrə ölkə millisinin evdə Azərbaycana qarşı keçirəcəyi AVRO-2024-ün əsas mərhələ oyunu barədə danışarkən deyib.

Funksioner bildirib ki, hər qələbə yığmaya əlavə motivasiya verir: "İki top fərqi ilə qalib gəlsək, qrupdan 1-ci yerlə çıxacağıq. Fərq bir top olsa, ikinci yeri tutacağıq ki, bu da növbəti mərhələyə birbaşa vəsiqə verəcək. Hətta heç-heçə də bizi qrupdan çıxara bilər".

Qeyd edək ki, Polşa - Azərbaycan görüşü martın 7-də keçiriləcək. Bunadək yığma martın 3-də Bakı İdman Sarayında Yunanıstanla üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti