Fabio Kvalyarella İtaliya millisinin heyətində rekorda imza atıb

Futbol
  • 27 mart, 2019
  • 07:00
Fabio Kvalyarella İtaliya millisinin heyətində rekorda imza atıb

“Sampdoriya” klubunun hücumçusu Fabio Kvalyarella İtaliya millisinin heyətində rekorda imza atıb.

“Report” xəbər verir ki, Kvalyarella yığma tarixinə qol vuran ən yaşlı futbolçu kimi düşüb. O, komandasının AVRO-2020-nin seçmə mərhələsinin II turunda evdə Lixtenşteyni 6:0 hesabı ilə məğlub etdiyi matçın 35 və 45-ci dəqiqələrində penaltini dəqiq yerinə yetirməklə 36 yaş 54 günlüyündə fərqlənib.

Millidə 2010-cu ildə debüt edən Kvalyarella indiyədək 28 oyunda 7 qol vurub. Hazırda A Seriyasında bombardirlik yarışında lider olan forvard 27 görüşdə 21 qola imza atıb və 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Lixtenşteyn yığması ilə qarşılaşmada İtaliya millisində debüt edən Leonardo Pavoletti ilk qolunu vurub. Noyabrın 26-da 31 yaşı tamam olacaq hücumçu 76-cı dəqiqədə fərqlənib.