"Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub
Futbol
- 13 avqust, 2026
- 11:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Futbol Assosiasiyası (FA) "Everton"un hücumçusu Martin Şerifi bukmeker qaydalarını pozmaqda ittiham edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək futbol matçlarına 61 mərc edib.
İngiltərədə peşəkar futbolçulara hər hansı futbol matçına mərc etmək qadağandır. M.Şerif avqustun 17-dək qurumun ittihamlarına cavab verməlidir.
Qeyd edək ki, "Everton"un yetirməsi olan futbolçu əsas komandada hələ rəsmi matça çıxmayıb. Ötən mövsüm icarə əsasında İngiltərənin "Roterhem" və "Port Veyl" klublarında çıxış etmiş hücumçunun "Everton"la daha 1 illik müqaviləsi qüvvədədir.
Son xəbərlər
16:17
Çinin şimal-qərbində 5,6 maqnitudalı zəlzələ olub
Digər ölkələr
16:17
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:17
Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Region
16:11
Koşta Aİ büdcəsinin xərclərini azaltmağı, Ukrayna üçün maliyyələşdirməni saxlamağı təklif edib
Digər ölkələr
16:06
Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb
Komanda
15:54
Azərbaycan-Vyetnam münasibətləri: tarixi dostluqdan institusional strateji tərəfdaşlığa - Rəy
Daxili siyasət
15:47
Foto
Biləsuvarda 6-cı "Hindquşu – Mətbəx Festivalı" keçirilib
Mədəniyyət
15:36
Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər
Futbol
15:29
Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Region