"Ararat" klubu fəaliyyətini dayandırdı: "Bu addan istifadə etmək olmaz"

Futbol
  • 13 fevral, 2020
  • 13:32
Ararat klubu fəaliyyətini dayandırdı: Bu addan istifadə etmək olmaz

Rusiyanın paytaxtı Moskvada ermənilər tərəfindən yaradılmış "Ararat" klubu fəaliyyətini dayandırıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçyov yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, borcu həddindən artıq olduğu üçün klub lisenziyadan məhrum edilib. Qurum rəsmisinin sözlərinə görə, qarşıdakı 4 ildə Rusiya futbolunda "Ararat" adından istifadə oluna bilməz: "Klubla əlaqə saxlamağa çalışdıq, ancaq bizə cavab verən olmadı. Artıq "Ararat"ın fəaliyyətini dayandırmasını rəsmən elan edə bilərik. Klubun çoxlu borcu var. Ona görə də lisenziya verilməyib. Bundan başqa, növbəti 4 ildə ölkə futbolunda "Ararat" adından istifadə oluna bilməz".

Qeyd edək ki, 2017-ci ildə yaradılan "Ararat" klubunun adı fevralın 5-də Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb. 

44 filmi