İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Report” “Opta”ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qol+ötürmə sistemi”ndə fərqlənib.
O, bunu ötən gün, Liqa mərhələsinin V turunda “Feyenoord”a (Niderland) qarşı oyunda gerçəkləşdirib. Norveçli ön xətt oyunçusu 44-cü dəqiqədə penaltidən fərqləndikdən sonra 50 qol+ötürmə (45 qol, 5 məhsuldar ötürmə) həddinə ən tez çatan futbolçu olub. O, bunu cəmi 44 oyunda həyata keçirib. Futbolçu bu göstəricidə “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroyu (45 oyun) geridə qoyub.
Qeyd edək ki, İngiltərədə baş tutan “Mançester Siti” - “Feyenoord” matçı 3:3 hesabı ilə nəticələnib. E.Holann bu qarşılaşmada dubl (44, 53) müəllifi olub.