Ərdoğan "Başakşehir"in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi

Ərdoğan "Başakşehir"in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi "Təmsilçimiz "Başakşehir" köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram".
Futbol
9 Dekabr , 2020 01:50
Ərdoğan Başakşehirin məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Rəcəb Tayyib Ərdoğan

"Təmsilçimiz "Başakşehir"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.

Görüşün 4-cü hakimi Sebastian Koltsesku meydana çıxmayacaq.

Son xəbərlər

Orphus sistemi