Endre Botka: "Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı"

Endre Botka: "Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı" "Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi".
Futbol
5 Avqust , 2022 15:39
Endre Botka: Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı

"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

27 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, tüstü onsuz da pis olan havanı daha da ağırlaşdırıb: "Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da olacaq.

Son xəbərlər

Orphus sistemi