Emin Mahmudov Rumıniya klubuna keçə bilər
Futbol
- 15 dekabr, 2022
- 09:10
"Neftçi" klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.
"Report" yerli "Oltenia TV"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya Krayova"ya keçmək ehtimalı var.
Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.
"Universitatya Krayova"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.
Son xəbərlər
02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib
Region00:46
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa yığmasına uduzub
Futbol00:35
Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət00:30
Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
Xarici siyasət00:08
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol23:58