Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb
Futbol
- 17 aprel, 2023
- 06:23
“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixində yeni rekorda imza atıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitan “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarının bir mövsümündə penaltidən ən çox qol vuran oyunçu olub.
Premyer Liqanın XXX turunda “Qəbələ” (1:2) ilə görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi cari mövsümündə 7-ci dəfə penaltidən fərqlənərək, rekordu yeniləyib.
Mahmudova qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.
Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.
Son xəbərlər
18:22
Rütte Trampın Qrenlandiya ilə bağlı planlarını şərh etməkdən imtina edib
Xarici siyasət18:13
Video
Abşeronda xırda xuliqanlıq və talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlanıb
Sosial müdafiə18:04
Almaniyada isti hava səbəbindən ölənlərin sayı artıb
Digər ölkələr17:58
Foto
BP Muzey Mərkəzi üçün müasir sərgi məkanının yaradılmasına dəstək olub
İnfrastruktur17:49
Tramp: ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər
Digər ölkələr17:47
NATO sammiti gələn il Albaniyada keçiriləcək
Digər ölkələr17:46
Əməyin təhlükəsizliyi sahəsi üzrə daha 5 dövlət standartı təsdiq edilib
Sosial müdafiə17:38
Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb
Xarici siyasət17:37