Elxan Məmmədov: "UEFA İcraiyyə Komitəsinə seçkidə qalib gələ bilməsəm də, böyük təcrübə qazandım"

Elxan Məmmədov: "UEFA İcraiyyə Komitəsinə seçkidə qalib gələ bilməsəm də, böyük təcrübə qazandım" AFFA-nın baş katibi 50 milli assosiasiyanın rəhbər şəxsləri ilə görüşüb
Futbol
6 Aprel , 2017 15:43
Elxan Məmmədov: UEFA İcraiyyə Komitəsinə seçkidə qalib gələ bilməsəm də, böyük təcrübə qazandım

Bakı. 6 aprel. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçki ilə bağlı fikirlərini bölüşüb. "Report"un məlumatına görə, E.Məmmədov affa.az-a açıqlamasında seçkidə qalib gələ bilməsə də, böyük təcrübə qazandığını bildirib. 

O, namizədliyinin irəli sürüldüyü AFFA-nın İcraiyyə Komitəsinin iclasından ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşdüyünü söyləyib: "Onlara seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam".

Sonda E.Məmmədov Konqresdə ona səs verən 24 milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəsinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi