Elxan Məmmədov: "AFFA UEFA-nın təşəbbüsünü müsbət qarşıladı"

Elxan Məmmədov: "AFFA UEFA-nın təşəbbüsünü müsbət qarşıladı" "UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub".
Futbol
29 Yanvar , 2021 13:12
Elxan Məmmədov: AFFA UEFA-nın təşəbbüsünü müsbət qarşıladı
Elxan Məmmədov

"UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub".

"Report" xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın Konfransında məlumat verib.

Sonra Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.

Elxan Məmmədov məlumat verib ki, AVRO-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib: "Qərara əsasən, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib".

Bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi